Dərc edilib: 16-02-2018

https://www.nuh.az/14970-.html

Martda neçə gün evdəyik?

16.02.2018 10:10:24

İdman

Azərbaycanda mart ayında 8 gün qeyri-iş günü olacaq.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Nazirlər Kabinetinin qərarı ilə 8  Mart – Qadınlar günü bayram kimi qeyd edildiyi üçün iş olmayacaq.

Novruz bayramı ilə əlaqədar 20, 21, 22,  23, 24 mart tarixləri də qeyri-iş günü hesab edilir. 24 mart şənbə günü olduğu üçün 26 mart da bayram tətilə əlavə ediləcək.

Beləlikcə, bir ay ərzində 8 iş günü qeyri-iş gününə çevriləcək.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib