Dərc edilib: 18-02-2018

https://www.nuh.az/14998-.html

Azərbaycan prezidenti Ruhaniyə başsağlığı verdi

18.02.2018 12:07:37

Siyasət

Azərbaycan prezidenti İlham Əliyev bu gün İranda baş verən təyyarə qəzası ilə bağlı iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı verib.
 
“Qafqazinfo”nun məlumatına görə, prezident İlham Əliyev İranda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərindən olduqca kədərləndiyini bildirib.
 
Dövlət başçısı baş vermiş bu faciə ilə əlaqədar İran prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib. 

Qeyd edək ki, bu gün səhər saatlarında Tehrandan Yasuc şəhərinə uçan “Aseman Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 60 sərnişin və 6 heyət üzvü həlak olub.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib