Dərc edilib: 18-02-2018

https://www.nuh.az/15005-.html

Dəhşətli qəzada ölənlərdən biri BDU-nun tələbəsi olub - Foto

18.02.2018 18:51:50

Region

Xəbər verdiyimiz kimi, bu gün səhər 6 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 38-ci km-də 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəzada ölənlərdən biri 18 yaşlı Asif Vaqif oğlu Qardaşov BDU-nin tələbəsi olub. Mərhum 1-ci kursda oxuyurmuş.

Bu barədə Jurnalistika fakultəsinin dekanı Əliyev Vüqar bildirib.

 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib