Dərc edilib: 19-02-2018

https://www.nuh.az/15012-.html

Azərbaycanda komitə sədri vəfat etdi

19.02.2018 06:45:39

Reportaj

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (Komitə) sədri Abbas Ələsgərov vəfat edib.

Bu barədə finans.az-a Komitənin sədr müavini Dövlətxan Dövlətxanov məlumat verib.

Onun sözlərinə görə, A.Ələsgərov müxtəlif xəstəliklərdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, bu gün dəfn ediləcək. Hazırda mərhumun dəfn olunacağı yer dəqiqləşdirilir.

Xatırladaq ki, A.Ələsgərov 13 dekabr 1937-ci ildə Bakıda anadan olub, Azərbaycan Politexnik İnstitutunu bitirib. O, əmək fəaliyyətinə 1959-cu ildə başlayıb, 2007-ci ilin aprel ayında Komitənin sədri olub.

A.Ələsgərov "Şöhrət" ordeni ilə təltif olunub, "Əməkdar mühəndis”, "Əməkdar memar” fəxri adlarına layiq görülüb. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib