Dərc edilib: 19-02-2018

https://www.nuh.az/15014-.html

Nazir müavini İlham Quliyevin oğluna 150 min atıblar

19.02.2018 07:17:22

Kriminal

Dələduzluqda təqsirləndirilən 1972-ci il təvəllüdlü Eldar Salmasi barəsindəki hökmdən apellyasiya şikayəti verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, "Zaminbank" ASC-də xəzinədar işləyən Eldar Salmasi bir neçə şəxsdən ucuz qiymətə dollar satmaq adı ilə 1 milyon manata yaxın pul alaraq qaytarmamaqda ittiham edilib.  Məhkəmədə ifadə verən E.Salmasi özünü təqsirli bilməyib və pulu borc üçün aldığını deyib.

İş üzrə zərərçəkmiş şəxs qismində kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin oğlu Ərdəbil Quliyev də tanınıb. Ona qarşı 150 min manat məbləğində dələduzluq edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Salması 10 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apellyasiya şikayəti verib. İş icraata götürülüb və ilkin baxış iclası fevralın 20-də keçiriləcək. Prosesə Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov sədrlik edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib