Dərc edilib: 20-02-2018

https://www.nuh.az/15044-.html

Siyasi fəalların ailələrinə qaşı repressiya və zorakılıqlar pislənib

20.02.2018 23:52:50

Hadisə

Bu gün Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirilib. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev iştirak edib.

  Ə.Orucun verdiyi məlumata görə yığıncaqda prezident seçkiləri ilə bağlı məsələ müzakirə olunub. Seçkilərə qatılmayan siyasi partiyaların fəaliyyətinin əlaqələndirilməsi mqsədəuyğun sayılıb, bu istiqamətdə görüşlərin keçirilməsi qərara alınıb. Əməkdaşlıq Mərkəzi Avropadakı siyasi aktivlərin ailələrinə qaşı repressiya və zorakılıqları pisləyib, hakimiyyətdən heç bir insanlığa sığmayan fəaliyyətləri dayandırmağı tələb edib. Əməkdaşlıq Mərkəzi 26 fevral saat 14-də Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Bakıdakı Ana Harayı abidəsini birlikdə ziyarət edəcək. Bundan başqa ölkədəki içtimai-siyasi vəziyyət, gündəmin digər aktual məsələləri müzakirə olunub.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib