Dərc edilib: 21-02-2018

https://www.nuh.az/15046-.html

Çexiya şirkəti Azərbaycanda yük maşını istehsal edəcək

21.02.2018 00:29:04

Maraqlı

Çexiyanın "Tatra” yük maşınlarının Azərbaycanda yığılması 2018-ci ilin mayında başlayacaq. 

Bu barədə "Trend”ə Çexiyanın Azərbaycandakı səfiri Vitzeslav Pivonka məlumat verib.
O qeyd edib ki, may ayında bu prosesin işə salınmasında iştirak etmək üçün Çexiyanın sənaye naziri Tomaş Ginerin Azərbaycana səfəri nəzərdə tutulur.
Qeyd edək ki, bir müddət əvvəl səfir Azərbaycanda istehsal olunan "Tatra” yük maşınlarının xaricə ixrac ediləcəyini bildirmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib