Dərc edilib: 21-02-2018

https://www.nuh.az/15052-.html

Daha bir partiya seçki haqda qərar verdi

21.02.2018 13:24:58

Günün sitatı

Azərbaycan Demokrat Partiyası aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirakla bağlı qərar verib. 

Partiyadan “Qafqazinfo”ya daxil olan məlumata görə,  qərarda bildirilir ki, ölkədəki ictimai siyasi vəziyyət, siyasi coğrafiyamızda baş verən təhlükəli proseslər, ölkənin avroatlantik məkana inteqrasiyasının vacibliyi, eləcə də demokratik prosedurların işləməsinin mövcudluğunun müstəsna əhəmiyyətini nəzərə alaraq partiya 2007-ci ildə müəyyən etdiyi siyasi kursa uyğun olaraq belə bir  qərar verib. 

Qeyd edək ki, partiyanın seçkidə namizədi ADP sədri Sərdar Cəlaloğludur.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib