Dərc edilib: 23-02-2018

https://www.nuh.az/15080-.html

Uşağa qulluğa görə aylıq müavinət artırıldı - Prezident sərəncamı

23.02.2018 23:37:54

İqtisadiyyat

Prezident İlham Əliyev uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb. Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib