Dərc edilib: 23-02-2018

https://www.nuh.az/15082-.html

Ukraynada azərbaycanlı quldur-mafioz saxlanıldı - Azərbaycan axtarışa verib+ Fotolar

23.02.2018 23:53:15

Kriminal

Ukraynada Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində kriminal qruplaşmalardan birinin lideri olan Azərbaycan vətəndaşını yaxalayıb. 

 Virtualaz.org  xəbər verir ki, bu haqda Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti bildirir.

“Azərbaycan bu cinayətkarı ağır və xüsusilə ağır cinayətlərə, o cümlədən mütəşəkkil cinayətkar dəstənin tərkibində odlu silah tətbiq etməklə quldurluq əməli törətməyə görə məsuliyyətə cəlb etmək üçün beynəlxalq axtarışa verib”-deyə məlumatda deyilir.

Əməliyyatçılar Azərbaycan vətəndaşının yerini müəyyən ediblər və onun yaxalanması üçün əməliyyat keçirilib. Həmin mafiozun Ukraynanın mərkəzi regionlarından birində kiçik qəsəbədə yaxalandığı bildirilir. Saxlanılan şəxsin kimliyi barədə məlumat verilmir.

Hazırda onun Azərbaycana ekstradisiyası məsələsinə baxılır.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib