Dərc edilib: 26-02-2018

https://www.nuh.az/15107-.html

Boğazındakı iynə 19 il sonra çıxarıldı - Fotolar

26.02.2018 00:16:04

Günün sitatı

Türkiyənin Manisa şəhərində 22 yaşlı qızın boğazından iynə çıxarılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Məltəm Cansız adlı qız 3 yaşında olarkən iynə udub və illər ərzində həmin iynə onun boğazında qalıb.

Qız 14 yaşında olarkən üzünün sağ tərəfi, başı və qulağında ağrılar hiss etdiyi üçün həkimə müraciət edilib. Rentgen müayinəsi zamanı onun boğazında iynə aşkarlanıb. Lakin, əməliyyat keçirilsə də, həkimlər iynəni tapa bilməyiblər

M.Cansız 22 yaşında yenidən əməliyyat olunub. Ölüm və ya iflic olma riskinin olduğu əməliyyat bu dəfə uğurla baş tutub və iynəni onun boğzazından çıxarmaq mümkün olub.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib