Dərc edilib: 26-02-2018

https://www.nuh.az/15108-.html

Azərbaycanlı kriminal avtoritet həbsxanada öldü

26.02.2018 00:30:24

Dünya

Fevralın 20-də Rusiyanın Tula şəhərində yerləşən həbsxanada kriminal aləmdə "Abbas Tulskiy" adı ilə tanınan Abbasqulu Poladov vəfat edib.
GancaPost   xəbər verir ki, Abbas Tulskiy (Gəncinskiy) adı ilə tanınan məşhur gəncəli kriminal avtoritet Abbasqulu Poladovun səhhətində ciddi problemləri olub. O, şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, Abbasqulu Poladov 1971-ci il yanvar ayının 21-də Gəncə şəhərində anadan olub. "Abbas Tulskiy"in cənazəsi Gəncəyə gətirilərək doğulduğu şəhərdə torpağa tapşırılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib