Dərc edilib: 26-02-2018

https://www.nuh.az/15118-.html

Xocali və Esmira Məhqızının şeirləri

26.02.2018 17:58:56

Mədəniyyət

 

  RASƏT  PİRİSOYU 

 

Bu gün Azərbaycanda ədəbyyat «hel-leo-za» səviyyəinə salınıb. «Hel-leo-za» yazıçıların «hel-leo-za» əsərləri kütləvi şəkildə «uğur qazanır" Adam ədəbyyat söhbəti salmaqdan iyrənir. 
Hətta ürəyində ciddi imzalar haqqında nəsə demək həvəsi də ölür.

Bu gün Xocalı soyqırımının 26-cı ildönümüdür.
Bəlkə bu gün olmasaydı, mən heç bu yazını da yazmayacaqdım.

Bu gün Azərbaycanda Xocalı soyqırımını, didərginlik facəsini, Qarabağ mövzusunu bütün dərinliyi ilə - ağrısı, acısı, ağı bayılması, dərd tutması səviyyəsində işləyən bir şairə var; Esmira Məhiqızı.
Esmira Məhiqızı təpədən - dırnağa qədər Qarabağ mövzusunun içəirsindədir.
Azərbyacanda bu səviyyədə öz mövzusunun içərisində olan yazıçıları barmaqla saymaq olar. 
Mən bu yazını bunları demək üçün yazmıram.
Məsələ burasındadır ki, Esmira Məhiqızının şeirləri təkcə ədəbi hadisə deyil, həm də ədəbi sənəddir. 
Poetik sənəd. 
Məsələ heç bunda da deyil. 
Məsələ həm də bundadır ki, Esmira Məhiqızının yazdığı mövzu bu gün müasir dünyanın ən poplyar mövzularından biridir. Şərq od içindədir. İllərdir Suriya Esmira Məhiqızının yazıdığı mövzunun içərisindən çıxa bilmir. Bütün Avropa Esmira Məhiqızının yazdığı mövzuya yoluxmaqdadır - qaçqın «orduları» dünyanın bütün sərhədlərini aşıb, Avropaya yeriyir.
Xülaseyi - kəlam, bütün dünya Esmira Məhiqızının mövzusunu öz canında hiss edir.
Mən ötəri tədqiqat apamışam; müasir ədəbi dünyada Esmira Məhiqızı qədər qaçıqınlıq, didərginlik, ümidsizlik mövzusunu hiss edən, poetik sənədə çevirən ikinci şair yoxdur. 
Bu mənada Esmira Məhiqızı Qarabağ mövzusunda Prezident Aparatından da, Qaçqinkomdan da, qaçqın rayonlarının icra strukturlarından da, «Xocalıya ədalət» kompaniyasından da (və s, və i, və qeyri) daha böyük iş görürür.
Elə bilirəm Esmira Məhiqızının şeirləri dünyanın ən məşhur dillərinə çeviriməlidir. Təbii ki, bütün intellektual dünyanı yerindən oynatmaq üçün bu tərcümələr həvəskar səviyyədə deyil, yüksək, peşəkar səviyyədə həyata keçirilməlidir.

Mən Esmira Məhiqızını tanımıram. Şairənin şeirləri istedad baxımından məndə heç bir şübhə doğurmur. Amma intellekt baxımından o öz şeirlərini müdafiə etmək gücündədirmi, bilmirəm.
İstedad intellektə söykənməyə də bilər.
Bunu niyə yazıram?
Bilmək istəyirəm Esmira Məhiqızı yazıdığı mözunun ideoloqu, elçisi ola bilərmi?

Bir daha təkrar edirəm, Esmira Məhiqızı bu gün müasir dünyanı ən çox məşğul edən bir mövzunu yüksək səviyyədə hiss edir və bu mövzuda folklor dilinə yaxın - dumduru bir dildə - Azərbaycan dilində, ağı, oxşama, bayatı havası üstündə inanılmaz poetik möcüzələr yaradır.

Esmira Məhiqızının şeirlərində biri:

 

ağlıma gəldi ki, mən mən deyiləm,
mən orda qalmışam, oralar məndə.
ömür də bölünüb ağa, qaraya,
ağlar uzaqlarda, qaralar məndə.

heç mənlik deyilmiş bu yol, bu yöntəm,
hər karvan dalınca ulayan itəm,
bir az da qürbətəm, bir az da vətən,
haralar varıymış... haralar məndə.

dərdə diz basmaqdan, dizlərim yara,
izimə düşürəm, izlərim yara,
ayağım, ürəyim, gözlərim yara,
yeriyir, yüyürür yaralar məndə.

NUH informasiya agentliyi səhifəsindən çap edilib