Dərc edilib: 27-02-2018

https://www.nuh.az/15120-.html

Artur Rasizadənin 93 yaşı tamam oldu

27.02.2018 00:13:55

Siyasət

Bu gün Azərbaycanın baş naziri Artur Rasizadənin 93 yaşı tamam oldu.
Artur Rasizadə Azərbaycan tarixində yeganə siyasətçilərdəndir ki, həm ikinci, həm də üçüncü Respublikanın hökumət rəhbərliyinə daxil olub. 1986-cı ildən 1991-ci ilə kimi o, Azərbaycan SSR-in Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutub və energetika, maşınqayırma, müdafiə, neft və kimya sənayelərini kurasiya edib. 
Üçüncü Respublikanın təşəkkülü dövründə isə Respublikanın qurucusu Heydər Əliyevin köməkçisi, daha sonra müstəqil Azərbaycanın baş nazirinin birinci müavini olub. 1996-cı ildən bu günə qədər ölkə hökumətinə rəhbərlik edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib