Dərc edilib: 27-02-2018

https://www.nuh.az/15121-.html

İlham Əliyev və xanımı Mingəçevirdə

27.02.2018 13:13:48

Siyasət

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevir şəhərinə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı və xanımı Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyublar.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirdə görülən abadlıq-quruculuq işləri barədə onlara məlumat verib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib