Bakıda piyadanı öldürən polkovnik-leytenant imiş
Qəzanı törədən hərbi hadisə yerindən qaçıb
Fevralın 24-də Bakıda, 3-cü mikrorayon dairəsində yolu keçən Əziz Fəttahovu maşın vurub.
Nəticədə Ə. Fəttahov həlak olub.
Qəzanı törədən "Ford" markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb.
Arqument.Az-a daxi olan məlumata görə, qəzanın bəzi detalları məlum olub.
Belə ki, qəzanı hərbçi, polkovnik-leytenant Babayev Nəbi Tofiq oğlunun törətdiyi bildirilir.
Hadisə ilə bağlı cinayət işi açılıb və iş Hərbi Prokurorluğa verilib.
Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Rauf Hacıyev Arqument.Az-a bildirib ki, cinayət işi hələ ki quruma təqdim olunmayıb.
Mövzunu diqqətdə saxlayacağıq.