Dərc edilib: 27-02-2018

https://www.nuh.az/15130-.html

Azərbaycan dərsliyində erməni bayrağı…: Valideyn od püskürdü

27.02.2018 19:04:06

LIVE
Azərbaycanda məktəbli dərsliyindəki tapşırıq təəccüb doğurub.
Minval.info xəbər verir ki, bu barədə valideyn Asif Tağı məlumat verib.
Asif bəy bildirib ki, uşağı ilə birgə dərs çalışarkən diqqətini bir məqam çəkib. Belə ki, birinci sinif dərsliyində Ermənistan bayrağını əks etdirən tapşırıqla qarşılaşıb.
Onun iddiasına görə, aşağı sinif şagirlərinin beyninə düşmən ölkənin bayrağını yeritməyə çalışırlar.
Maraqlıdır, niyə məhz bu rənglərdən istifadə olunub?!
Qeyd edək ki, bundan öncə də dərsliklərin birində Ermənistan bayrağını əks etdirən ardıcıl rənglər yer almışdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib