Dərc edilib: 28-02-2018

https://www.nuh.az/15133-.html

Alıcılar çəkidə belə aldadılır - Bu fırıldaqdan çoxunun xəbəri yoxdur + Video

28.02.2018 00:23:10

Günün sitatı

Bazarlarda satılan İran xurmalarının çəkisi qutunun üzərində göstəriləndən azdır. Qutuların üzərində 700-750 qram çəki göstərilsə də, faktiki çəki bundan xeyli aşağıdır.


 Xəzər TV  xəbər verir ki, həmin qutuları tərəziyə qoyduqda azı 200-250 qram çəkinin az olduğu aşkarlanır.

Bu isə ən çox alıcıların cibinə ziyan edir. Təəssüflər olsun ki, bir çox alıcı bu fırıldaqdan xəbərsizdir.

Satıcılar isə müxtəlif bəhanələr gətiriblər.

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirildi ki, həmin faktla qarşılaşan istehlakçılar qurumun 963 nömrəli qaynar xəttinə müraciət etsinlər. Bundan sonra komitənin metroloji nəzarət şöbəsi araşdırma aparacaq və lazımı tədbirləri görəcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib