Dərc edilib: 01-03-2018

https://www.nuh.az/15148-.html

Prezident 8 Marta görə bütün qadınlara pul mükafatı ayırdı

01.03.2018 14:55:17

Dünya

Türkmənistan qadınlarına 8 Mart münasibəti ilə prezident Qurbanqulu Berdımuhammedovun adından 40 manat ( 18,80 AZN) təqdim olunacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı tərəfindən imzalanan sərəncama əsasən, pul mükafatını mülkiyyət formasından asılı olmayaraq, müəssisə və idarələrdə, təşkilatlarda işləyən qadınlar ala biləcəklər. 

Prezidentin sərəncamı tələbələrə, məktəbli qızlara, uşaq bağçalarında işləyən qadın müəllimlərə, təqaüdçü qadınlara da şamil olunacaq

Sənədə əsasən, pul hədiyyəsi təntənəli şəkildə qadınlara təqdim ediləcək. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib