Dərc edilib: 01-03-2018

https://www.nuh.az/15151-.html

İlham Əliyev yeni nazir müavini təyin etdi

01.03.2018 18:14:12

İdman

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ölkə başçısının sərəncamı ilə bu vəzifədən azad olunub.


 Modern.az   xəbər verir ki, məlumatı Gənclər Fondundan təsdiqləyiblər.

Bildirilib ki, dövlət başçısının digər sərəncamı ilə Fərhad Hacıyev gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Fərhad Hacıyev 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Universitetini və Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib. Fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi var. Harvard Kennedi Məktəbinin məzunudur.

2006-2009-cu illərdə Avropa Şurasının Gənclərlə iş üzrə Proqram Komitəsinin sədri vəzifəsində çalışıb. 

2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 

Ailəlidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib