Dərc edilib: 03-03-2018

https://www.nuh.az/15172-.html

Dünyada indiyədək nə qədər qızıl çıxarılıb və nə qədər ehtiyat qalıb? (RƏQƏMLƏR)

03.03.2018 14:28:37

Dünya

Dünyada bu günə qədər yer altından çıxarılan qızılın miqdarı açıqlanıb.
Qaynarinfo Qızıl Mədənçiləri Dərnəyinin hesabatına istinadən xəbər verir ki, indiyədək dünyada yerdən təxminən 7,5-8 trilyon dollar dəyərində 185 min top qızıl çıxarılıb. 
ABŞ Geoloji Tədqiqatlar Agentliyinin indiyədək apardığı axtarışlar zamanı əldə etdiyi məlumatlara əsasən dünyanın qızıl ehtiyatı 57 min tondur. Bu ehtiyatın 17 faizi Avstraliya, 14 faizi Rusiya, 10,5 faizi CAR, 5 faizi ABŞ, 5 faizi isə İndoneziyadadır. 
Dünyanın qızıl ehtiyatı 2010-2017-ci illərdə 4,3-4,6 min ton arasında olub. Qızıla olan ehtiyacın 70 faizi mədənlərdən çıxarılan qızıldan, 30 faizi isə hazır məhsullardan ödənilir.
Hesabatda qeyd edilir ki, dünyada ötən il dəmir xaric medal mədənlərinin axtarışına sərf olunun risk sərmayəsinin təxminən 50 faizi (4,5 milyard dollar) qızıl mədənlərinin axtarışına xərclənib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib