Dərc edilib: 04-03-2018

https://www.nuh.az/15182-.html

Tahir Əkbəri qəbirdən çıxarıb yenidən dəfn etdilər - ŞOK FOTOLAR

04.03.2018 17:56:54

Maqazin

Martın 2-də uzun sürən xəstəlikdən sonra vəfat edən tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər dəfn olunduğu yerdən çıxarılaraq atasının qəbrində torpağa tapşırılıb.
ölke.az-ın  məlumatına görə, ailəsi bəstəkarın dəfn edildiyi yerin ona layiq olmadığını düşünərək belə bir addım atıb.
 
 Saytın əməkdaşı bəstəkarın dünən dəfn edildiyi qəbristanlıqda olub. Məlum olub ki, T.Əkbərin nəşi qəbirdən çıxarılıb və atasıyla eyni qəbirdə dəfn edilib.
Diqqət çəkən məqamlardan biri isə ailənin Mədəniyyət və Turizm Nazirliyi adından sənətkarın qəbri üstünə qoyulmuş əklildən belə imtina etməsidir. 
Qeyd edək ki, T.Əkbər uzun sürən xəstəlikdən sonra martın 2-də vəfat edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib