Dərc edilib: 05-03-2018

https://www.nuh.az/15194-.html

Mirşahinin telekanalına lisenziya verildi

05.03.2018 18:16:21

Günün sitatı

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, iclasda “REAL Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.

Milli Televiziya və Radio Şurasının  qərarına əsasən “REAL Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. 

Qeyd edək ki, "REAL TV"nin yaradıcısı Mirşahin Ağayevdir. Kanalın kollektivi arasında ANS-in tanınmış simaları da yer alıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib