Dərc edilib: 07-03-2018

https://www.nuh.az/15217-.html

Prezident Bakı Şəhər Statistika İdarəsi binasının açılışında

07.03.2018 13:13:46

Siyasət

Martın 7-də Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinin inzibati binasının açılışı olub.

 AzərTac   xəbər verir ki, prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. 

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov görülən işlər və binada yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.

 

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib