Dərc edilib: 13-03-2018

https://www.nuh.az/15232-.html

“Əli İnsanov və İlqar Məmmədov əfv olunacaq” - Hüquq müdafiəçisi

13.03.2018 13:19:59

Günün sitatı

“Əli İnsanov da, İlqar Məmmədov da həbsdən buraxılacaq”.


 Bunu “Yeni Müsavat”a açıqlamasında İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu deyib. O bildirib: “Biz istəyirik ki, 2019-cu ilə siyasi məhbuslarsız gedək. Buna çox ümid edirik. Əli İnsanovun da əfvə düşmə şansları var”.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev isə bildirib ki, kimin əfvə düşüb-düşməməsi ölkə başçısından asılıdır: “Burada müxtəlif QHT-lər, hüquq müdafiəçiləri, eyni zamanda ayrı-ayrı şəxslər məhkumlarla bağlı müraciət edə bilərlər. Amma əfvlə bağlı qərar qəbuletmə hüququ cənab prezidentə məxsusdur. Bu baxımdan əvvəlcədən kiminsə əfv olunub-olunmayacağını deyə bilmərik”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib