Dərc edilib: 15-03-2018

https://www.nuh.az/15243-.html

Rayonlarda hava pis olacaq - Qar, dolu yağacaq

15.03.2018 12:53:10

Cəmiyyət

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, axşam çiskin olacaq. Gün ərzində arabir güclənən  şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 7-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında martın 16-da qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir. 

Xəbərdarlıq

Martın 16-sı gündüzdən martın 17-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi  gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib