Dərc edilib: 16-03-2018

https://www.nuh.az/15258-.html

Bakıda bu obyekt 37 milyona satışa çıxarıldı - Fotolar

16.03.2018 13:02:59

İqtisadiyyat

Bakıda Bakıxanov qəsəbəsində yerləşən “Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi” hərraca çıxarılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu qeyri-yaşayış sahəsi üzrə hərrac aprelin 9-da keçiriləcək. Əmlak kompleksinin hərracı açıq formada keçiriləcək. İlkin qiymət - 37 744 000 (otuz yeddi milyon yeddi yüz qırx dörd min) manatdır. 

Əmlak kompleksinin tərkib hissəsi olan torpaq sahələrinin dəyəri - 10536603 manat, binalar, tikililər və tamamlanmamış tikilinin dəyəri 18950826 manat, nəqliyyat vasitələri, texnika və avadanlıqlar, digər aktivlər isə 8256571 manatdır. 

 






 

NUH informasiya agentliyi səhifəsindən çap edilib