Dərc edilib: 16-03-2018

https://www.nuh.az/15263-.html

Deputat şeyxdən kömək istədi

16.03.2018 15:42:37

Günün sitatı

“Ölkədəki sabitlik hamı kimi məni də sevindirir. Amma məni sakitlik  qane etmir”.

 “Qafqazinfo” xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə hökumətin hesabatında çıxışı zamanı deyib. 

O xaricdən müxətlif kəşfiyyat xidmətləri tərəfindən idarə olunan dairələrin media üzərindən qurulan və yönləndirilən fəaliyyətinə toxunub. Bildirib ki, həmin dairələr təhqiri Azərbaycan siyasətinin tərkib hissəsinə çevirmək istəyirlər: “ Mən üzümü hörmətli Şeyximizə tuturam. O  həmişə dövlətin yanında olub. Ancaq din həmişə dövlətdən ayrı olub və belə də olmalıdır. Bununla belə, din dövlətsiz, dövlət də dinsiz ola bilməz. Ona görə də Şeyx başda olmaqla, din adamlarımızı, inanclı insanlarımızı bu qaralama, təhqir kampaniyasına qarşı cavab verməyə səsləyirəm. Eyni zamanda tanınmış ziyalılar, mədəniyyət və incəsənət xadimlərini bu təhqir kampaniyasına qarşı mübarizə aparmalıdır. Bu hamımızın vətəndaşlıq borcudur”.

O çıxışında seçkilərdən sonra hökumətin prosedura uyğun olaraq istefa gedəcəyini dilə gətirib. Və yeni formalaşdırılacaq hökumətə uğurlar arzulayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib