Dərc edilib: 17-03-2018

https://www.nuh.az/15268-.html

Prezidentdən Rza Talıbovla bağlı - Sərəncam

17.03.2018 00:29:33

Region

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Miqrasiya Xidmətirəisinin birinci müavini Vəli Nağı oğlu Nağıyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
 
Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşlarına isə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib:

Talıbov Rza Vasif oğlu –Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi
 
Nəbiyev Şahin Hidayət oğlu - Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi

NUH informasiya agentliyi səhifəsindən çap edilib