Dərc edilib: 17-03-2018

https://www.nuh.az/15271-.html

Si Cinpin yenidən Çinə rəhbərlik edəcək

17.03.2018 10:42:19

Hadisə

Ümumçin Xalq Nümayəndələri Məclisinin deputatları Si Cinpini daha 5 il müddətinə Çin Xalq Respublikasının sədri vəzifəsinə seçiblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qərar yekdilliklə qəbul edilib.

O eyni zamanda Çin Xalq Respublikasının Hərbi Şurasının sədri də seçilib.

Seçkilərin gizli səsvermə yolu ilə keçirildiyi bildirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib