Dərc edilib: 18-03-2018

https://www.nuh.az/15287-.html

Qoşqar Təhməzli:“Azərbaycanın qida müəssisələrinin hər biri üçün ayrıca standartlar müəyyənləşdiriləcək”

18.03.2018 16:36:43

Reportaj

“Azərbaycanın qida müəssisələrinin hər biri üçün ayrıca standartlar müəyyənləşdiriləcək”.


 “Report” xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Media və təhlükəsiz qida” mövzusunda keçirilən tədbirdə  deyib.

Onun sözlərinə görə, son zamanlar mətbuat qida müəssisələrində təftiş və yoxlamaların aparılması ilə bağlı yanlış məlumatlar yayır: "Müəssisələrdə yoxlamaların aparılması və onların cəzalandırılması agentliyin funksiyasına daxil olan məsələ deyil. Məqsədimiz həmin müəssisələrin standartlara cavab verəcək şəkildə fəaliyyət göstərmələrini təmin etməkdir”.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib