Dərc edilib: 19-03-2018

https://www.nuh.az/15294-.html

Putin 74 faiz səslə liderdir - MSK + Yenilənir

19.03.2018 00:27:56

Region

Bu gün Rusiyada prezident seçkiləri keçirilir.

“Qafqazinfo”nun “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, səsvermə saat 8:00-dan 20:00-dək davam edəcək.   

İlk seçki məntəqələri Çukotsk muxtar dairəsində və Kamçatka diyarında açılıb.  
 
Ümumilikdə, ölkədə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdədir.

Seçki prosesini 109 ölkədən 1500-dək xarici müşahidəçi izləyir.  

Qeyd edək ki, Rusiya prezidenti postu uğrunda hazırki dövlət başçısı Vladimir Putin daxil olmaqla 8 namizəd mübarizə aparır.   

***

“RİA Novosti” xəbər verir ki, prezident seçkiləri keçirilən Rusiyada seçki məntəqələrinin çoxunda artıq səsvermə başa çatıb.

Hazırda səsvermə Kalininqrad vilayətində davam etdirilir. 

Qeyd edək ki, Rusiya MSK-sının 19.00-a olan məlumatına görə, seçki fəallığı 59,93 faiz təşkil edib. 

***

TASS xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Artıq səslərin 40 faizi hesablanıb. Hazırki prezident Vladimir Putin 74,22 faiz səslə liderdir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib