Dərc edilib: 19-03-2018

https://www.nuh.az/15296-.html

Sabahdan Novruz tətili başlayır

19.03.2018 09:54:12

Hadisə

Sabahdan, martın 20-dən Azərbaycanda Novruz tətili başlayır.
Qaynarinfo xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 7 qeyri-iş günü olacaq. Belə ki, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür.
Martın 27-si isə iş günüdür.
Beləliklə, bayramla əlaqədar 7 gün iş olmayacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib