Dərc edilib: 23-03-2018

https://www.nuh.az/15320-.html

"Tramp birlikdə olduqdan sonra mənə pul təklif etdi" (FOTO)

23.03.2018 19:25:34

Region

Porno aktrisa Stormi Danielslə münasibəti ilə gündəmdən düşməyən ABŞ prezidenti Donald Trampa qarşı növbəti iddianı köhnə "Playboy" modeli Karen Makdoql irəli sürüb.
Qaynarinfo xəbər verir ki, CNN-ə açıqlama verən Makdoql 2006-cı ildə Trampla bir-birilərinə aşiq olduğunu bildirib: "Çox xarizmatik, şirin idi. Ondan təsirlənmişdim. İkimizin arasında həqiqi hisslər var idi".
 
Makdoql bildirib ki, Trampla birlikdə olandan sonra ona pul təklif edib, bu işi pul üçün gördüyünü düşünüb. O, "Pulu necə götürəcəyimi bilmirdim. Daha əvvəl heç kim belə təklif etməmişdi. Özümə belə biri olmadığımı deyir, çox bərbad hiss edirdim. Keçmişə nəzər salan zaman bu əlaqənin yanlış olduğunu görürəm, amma yenə də davam etdim. Mənim də çox günahım var" fikirlərini çıxışına əlavə edib.
Qeyd edək ki, Karen Makdoql əvvəlki çıxışında Trampla münasibəti barədə mediaya danışmamaq üçün müqavilə imzaladığını və 150 min dollar aldığını açıqlamışdı.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib