Dərc edilib: 24-03-2018

https://www.nuh.az/15330-.html

55 mindən çox yerli müşahidəçi prezident seçkilərini izləyəcək

24.03.2018 17:53:17

Siyasət

Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar dairələr üzrə müşahidə aparmaq istəyən 55 min 887 yerli müşahidəçi qeydiyyatdan keçib.
Qaynarinfo xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
M. Pənahov deyib ki, prezident seçkilərini müşahidə etmək üçün MSK-da 969 yerli müşahidəçi qeydiyyatdan keçib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib