Dərc edilib: 25-03-2018

https://www.nuh.az/15333-.html

ABŞ-da silahlanmaya qarşı etirazlar güclənir - Minlərlə insan küçədə + Fotolar

25.03.2018 10:55:37

Dünya

ABŞ-da fərdi silahlanmaya etiraz məqsədilə minlərlə insan aksiya keçirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, etiraz aksiyaları ölkənin 800-dən artıq yerində baş tutub.

Nümayişçilər ABŞ hökumətini fərdi silahlanmanın qadağan olunması üçün bir sıra tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, ABŞ konstitusiyasına əsasən silah alınması və daşınması hüquqi və fərdi azadlıq sayılır. 18 yaşına çatan şəxslər sadəcə şəxsiyyət vəsiqəsilə ilə mağazalardan silah almaqda sərbəstdir.

Xatırladaq ki, Florida ştatında məktəbdə 17 nəfərin ölümünə səbəb olan silahlı hücumdan sonra bu məsələ yenidən gündəmə gəlib.

 

 





 

NUH informasiya agentliyi səhifəsindən çap edilib