Dərc edilib: 26-03-2018

https://www.nuh.az/15343-.html

Əliyevdən Putinə başsağlığı

26.03.2018 13:46:35

Dünya

Azərbaycan prezidenti İlham Əliyev Rusiyada ticarət mərkəzində baş verən faciə ilə bağlı bu ölkənin prezidenti Vladimir Putinə başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, başsağlığında deyilir: “Hörmətli Vladimir Vladimiroviç,

Kemerovo şəhərinin ticarət mərkəzində çoxsaylı insan tələfatına səbəb olmuş yanğın barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib