Dərc edilib: 26-03-2018

https://www.nuh.az/15346-.html

Prezident Mədət Quliyevi təltif etdi

26.03.2018 17:56:49

Maraqlı

Prezident İlham Əliyev DTX rəisi Mədət Quliyevin təltif olunması haqda sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama görə, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Mədət Qəzənfər oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezidentin digər sərəncamı ilə milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Xarici Kəşfiyyat İdarəsinin rəisi Orxan Sedyar oğlu Sultanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib