Dərc edilib: 26-03-2018

https://www.nuh.az/15347-.html

7 ölkədən Rusiya əleyhinə qərar: 10-larla diplomat qovulur

26.03.2018 18:51:22

Reportaj

Latviya, Litva, Polşa və Estoniya xarici işlər nazirlikləri Rusiyanın ölkədəki diplomatik nümayəndələrini nazirliyə çağırıb. ABŞ, Almaniya və Fransa isə bu ölkədən olan diplomatları qovmağa hazırlaşır.
Qaynarinfo xəbər verir ki, Polşa höküməti Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevi rusiyalı diplomatların ölkədən deportasiyasına dair məlumatlandırıb.
Digər ölkələrin addımının səbəbi barədə hələlik məlumat yoxdur.
 
ABŞ, Almaniya və Fransa da rusiyalı diplomatların ölkədən qovulması barədə qərar qəbul edib. ABŞ 60 rus diplomatı deportasiya edəcək. Onlardan 12-si casusluqda ittiham olunur.
 
Qeyd edək ki, bu addımlara səbəb sabiq rus agenti Sergey Skripalın İngiltərədə zəhərlənməsidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib