Dərc edilib: 27-03-2018

https://www.nuh.az/15353-.html

“Hamımız Rusiyaya mesaj göndərdik” - Baş nazir

27.03.2018 10:20:21

Dünya

İngiltərənin baş naziri Terreza Mey keçən həftə baş tutan Aİ-nin zirvə toplantısında “diplomat krizi” məsələsinə dair açıqlama verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nazir “Biz hamımız beynəlxalq hüquqi qərarları ciddiyə alması və dəyərlərimizlə hörmətlə yanaşması  üçün Rusiyaya mesaj göndərdik” deyib.

Mey “Skripal” hadisənin Rusiyanın getdikcə təcavüzkar bir mövqe tutduğunu nümayiş etdirdiyini də dilə gətirib.

Qeyd edək ki, Amerika 60 rus diplomatını deportasiya edib. 14 Avropa ölkəsi də eyni addımı atacağını açıqlayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib