Dərc edilib: 28-03-2018

https://www.nuh.az/15364-.html

Hacı Cavad məscidinin tikintisi başa çatdı (FOTOLAR)

28.03.2018 11:01:17

Maraqlı

Bakının Yasamal rayonu ərazisində inşa olunan Hacı Cavad məscidinin tikintisi başa çatıb. 

 "Report”   xəbər verir ki, A.M.Şərifzadə küçəsində yerləşən ibadət ocağında son tamamlama işləri görülür. 
Mart ayının sonunadək qalan işlərin yekunlaşdırılaraq məscidin təhvil verilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin tapşırığına əsasən tikilən Hacı Cavad məscidi bir gümbəzli, bir minarəlidir. Minarənin hündürlüyü 29 metr 80 santimetrdir. Məscidin öz hündürlüyü isə 18 metrdir. Köhnə məsciddən fərqli olaraq, yeni məsciddə idarə binası da inşa edilib. Məscid ümumilikdə 14 sot ərazidə inşa olunub, ibadət kompleksinin sahəsi isə 400 kv metrdir. Məscidddə eyni vaxta 550-600 insan ibadət edə biləcək. Birinci mərtəbə kişilər, ikinci mərtəbə qadınların ibadəti üçün nəzərdə tutulub. Əsas hissədə gümbəz, yan hissədə kişi və qadınlar üçün dəstəmaz otaqları inşa edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib