Dərc edilib: 28-03-2018

https://www.nuh.az/15370-.html

Mehriban Əliyeva səfirlikdə - “Hamı bu faciədən danışır”

28.03.2018 17:18:58

Siyasət

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 28-də Rusiyanın ölkəmizdəki səfirliyində olub.


"Qafqazinfo" xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyanın Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çoxsaylı insan itkisi ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın xəbərinin ölkəmizdə böyük kədər hissi ilə qarşılandığını deyən Mehriban Əliyeva həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verdi, hadisə zamanı xəsarət alanlara şəfa arzulayıb.

Rusiyanın Azərbaycandakı səfirliyinin hərbi, hərbi-hava və hərbi-dəniz attaşesi İqor Lobastev səfirliyə gələrək başsağlığı verdiyinə və bu ağır günlərdə Rusiya xalqı ilə birlikdə olduğuna görə Birinci vitse-prezident Mehriban Əliyevaya Rusiyanın Azərbaycandakı səfirliyi və xalqı adından minnətdarlıq edib.

Azərbaycan xalqının həlak olanların doğmalarının kədərini bölüşdüyünü bildirən birinci vitse-prezident Mehriban Əliyeva deyib:

"İnanın mənə, bilirəm ki, bütün insanlar kədər içindədirlər. Mən insanlarla çox görüşürəm, hamı bu faciədən danışır. Həqiqətən də bu dərdi səmimi qəlbdən bölüşürlər. Hərçənd həlak olanların yaxınlarının nələr çəkdiyini təsəvvür etmək çətindir. Allah onlara səbir və güc versin".

 

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib