Dərc edilib: 28-03-2018

https://www.nuh.az/15373-.html

Naftalanda sanatoriyada qadın güllələndi

28.03.2018 19:13:43

Kriminal

Naftalan şəhəri ərazisində güllələnən qadının kimliyi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, Goranboy rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə şəhər ərazisindəki sanatoriyada baş verib. 

Sanatoriyanın işçisi Zeynalova Günay Gəray qızı Naftalan şəhər sakini, 1956-cı il təvəllüdlü Hüseynov Əli Hüseyn oğlu ilə mübahisə edib. Aralarında yaranan mübahisə nəticəsində Ə.Hüseynov özü ilə gəzdirdiyi tüfənglə G.Zeynalovanı güllələyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Ə.Hüseynov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi başlanıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib