Dərc edilib: 29-03-2018

https://www.nuh.az/15386-.html

10 padşah, 28 vəzir, 5 baş nazir gördü: 6 müharibədə döyüşdü, 29 dəfə evləndi: Belə həyat yaşayan İLK VƏ SON ADAM

29.03.2018 17:00:58

Mədəniyyət

10 padşah gördü, 28 vəzir, 5 baş nazir. 6 müharibədə iştirak etdi, 29 dəfə evləndi. Bütün bunlar ancaq bir adamın yaşadığıdır.

Cebhe.info  xəbər verir ki, söhbət 160 il yaşayan türkiyəli Zaro Ağadan gedir. O, dünyaya gəldiyində Osmanlı İmperiyasının başında 1-ci Əbdülhəmid dayanırdı. 

 

İstanbula köçdüyü zaman isə taxtda 3-cü Səlim oturmuşdu. Bəzi mənbələrə görə, 1774-cü ildə, bəzi mənbələrə görə isə 1777-ci ildə Bitlisdə dünyaya gəlib. 1934-cü il 29 iyunda İstanbulda vəfat edib. O, dünyanın  uzunömürlü insanlarından biri kimi adını tarixə yazdırıb. 

Ömrünün orta çağlarında gömrüklərdə hamballıq edən Zaro Ağa çox keçmədən onların başçısı olub və ilk yükdaşıyanlar cəmiyyətini qurub. 

Bulqur və qatığı çox yeyən Zaro Ağa ömrünün çox hissəsini Topxanada kiçik bir evdə yaşayıb. Axşam süfrəsinə ancaq qatıq və ya çörəklə ayran yeyib. 

Bəzi mənbələrə görə, təkcə öz doğulduğu bölgədə 7 dəfə evlənib. Daha sonra İstanbulda yaşadığı zamanlarda 13, bəzi mənbələrə görə 17, digərlərinə görə isə 29 dəfə evlənib.
Onun 5-i qız olmaqla 13 uşağı, 29 nəvəsi olub. "Niyə bu qədər çox evlənirsən?” sualına cavabında "Nə edim, aldığım qadınlar tez ölür",- deyib.

Zaro Ağa 150 yaşında Amerikaya gedib, ancaq onu bu səfərə razı salanların niyyəti başqa olub. Ona yeni həyat vəd edilmişdi, hətta Nyu-Yorkda böyük bir mərasimlə qarşılandı. Xüsusi tikilmiş geyimlərlə şirkətləri gəzdirib "Dünyanın ən yaşlı insanı" deyə nümayiş etdirirdilər. Onunla foto çəkdirmək 10 dollar, öpmək isə 15 dollar idi. Ömrünün sonuna kim sağlam yaşayan Zaro Ağa həyatının son ilində vərəmə yoluxdu. Onu Amerikaya aparanlar pul qazandıqdan sonra İstanbula qaytarırlar. 1934-cü ildə vəfat etdi. 

Xəzər

NUH informasiya agentliyi səhifəsindən çap edilib