Dərc edilib: 29-03-2018

https://www.nuh.az/15388-.html

Gürcüstan da rus diplomatı qovdu

29.03.2018 18:30:39

Maqazin

“Skripal işi” ilə bağlı Böyük Britaniyaya həmrəylik nümayiş etdirmək üçün rus diplomatları ölkəsindən qovanların sırasına daha bir dövlət qoşulub.

“Qafqazinfo” xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyi elan edib ki, hökumət bir rus diplomatın ölkədən qovulması ilə bağlı qərar qəbul edib. 

Diplomata ölkəni tərk etməsi bir həftə vaxt verilib. Adı isə açıqlanmır. 

***

Sloveniya isə məsləhətləşmələr üçün bu ölkədəki səfirini geri çağırıb. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib