Dərc edilib: 29-03-2018

https://www.nuh.az/15391-.html

Zahid Oruc: "Müəllimlərə ucuz işçi qüvvəsi kimi baxırlar"

29.03.2018 19:38:03

Cəmiyyət

“Son 15 ildə Azərbaycan təhsil sistemində böyük irəliləyişlər var. Müəllim hazırlayan ali təhsil ocaqları birləşdirilib, filiallar ləğv edilib. Müəllmilərin  test üsulu ilə işə götürülməsində şəffaflıq təmin olunmaqdadır. Orta məktəb müəllimlərinin biliklərinin diaqnostik qiymətləndirilməsi həyata keçirilir. Bunun nəticəsində də  müəllimlərin orta aylıq əməkhaqqı 420 manat civarındadır. Ali təhsil sistemində köklü dəyişikliklər baş verib, bunlar göz qabağındadır”.


NUH.az   xəbər verir ki, bunu martın 28-də İTV-də prezidentliyə namizədlərin növbəti teledebatında müstəqil millət vəkili, prezidentliyə namizəd Zahid Oruc bildirib.

O, bildirib ki, ancaq müəllimlərlə bağlı narahatedici məqamlar da qalmaqdadır ki, onlardan da ən başlıcası bölgələrdə yerli icra hakimiyyətlərinin müəllimlərin əmək haqlarına barmaq uzatmasıdır.

“Çox təəssüflər olsun ki, bəzi yerli icra orqanları müəllimlərin əmək haqlarına barmaq uzadırlar. Bölgələrdə müəllimlərə ucuz bir işçi qüvvəsi, fəhlə, sanitar kimi yanaşma halları da mövcuddur. Bu, yolverilməzdir. Azərbaycan müəlliminə ilk növbədə müəllim kimi münasibət olmalıdır. Biz müharibədə qalib gəlmək istəyiriksə, ilk növbədə müəllimlər, təhsil ordusunu gücləndirməliyik”-deyə, Z. Oruc əlavə edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib