Dərc edilib: 30-03-2018

https://www.nuh.az/15399-.html

“Qarşılarına kim çıxır söyürlər…” - Əflatun Amaşov

30.03.2018 11:17:24

Cəmiyyət

“Son zamanlar Avropaya sığınan bir neçə şəxs heç nəyə məhəl qoymadan sosial şəbəkə hesablarında Azərbaycan dövlətinə, onun rəmzlərinə, prezidentə, ailə üzvlərinə əxlaqi prinsipləri gözləmədən qarayaxma, təhqirlə məşğuldurlar. Biz bunu qarşıdan gələn prezident seçkiləri ilə bağlayırıq”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “İnternet mediada və sosial şəbəkələrdə milli mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusuna həsr olunan tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, əvvəlki seçkilərdə də bu tip mübarizə üsulları müşahidə olunub: “Amma budəfəki kampaniyalarda başqa ünsürlər var. Qarşılarına kim çıxır söyür, təhqir edirlər. Bu makinanı durdurmaq mümkün deyil. Biz buna məhəl qoymaya da bilərik. Çünki Avropa ölkələrində, ABŞ-da 10 minlərlə azərbaycanlı yaşayır. Onlar Azərbaycan mədəniyyət, tarixi ilə bağlı həmin ölkə sakinlərini maarifləndirirlər. Bu tip insanlar isə kifayət qədər azdır, bir əlin barmaqları qədər. Yəqin ki, onların video yayımlarına baxmısız. Söyüş, təhqir əsas metod kimi seçilib. Sosial şəbəkələrdə  Orduxan Teymurxanlı, Məhəmməd Mirzəlinin dialoqu verilmişdi, söyüşlə yanaşı, mövcud dövlət quruluşunun devrilməsinə yönəlik çağırışlar vardı. Onlar açıq-aydın bildirirlər ki, kim bizim qohumlarla pis davranacaq, biz də Avropada onların qohumları ilə pis davranacağılq. Yəqin ki, bunlarla müvafiq qurumlar məşğul olacaqlar”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib