Dərc edilib: 30-03-2018

https://www.nuh.az/15400-.html

Azərbaycanda akademik jurnalistə “küçük” dedi

30.03.2018 11:32:56

Mədəniyyət

Azərbaycanda akademik jurnalitləri ağır formada təhqir edib.

 

 Modern.az saytının əməkdaşı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədova küləkli hava şəraitinin hansı hallarda daha ciddi təhlükə yaratdığı və digər bu kimi suallar ünvanlayıb. Amma akaddemik cavab vermək əvəzinə ağır təhqirlər səsləndirib: “Siz jurnalistlər hamınız məni biabır etmisiniz. Nə açıqlama verəcəm?! Azərbaycan jurnalistləri “bezdarnı”, savadsız, heç nəyə yarayan deyillər. Azərbaycanda bir dənə də olsun jurnalist yoxdur”.

Jurnalistləri “küçük” adlandıran akademik təhqirlərini davam etdirib: “Azərbaycandakı jurnalistlər bu sözdən artığına layiq deyillər. Elə beləcə də yaz!”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib