Dərc edilib: 30-03-2018

https://www.nuh.az/15406-.html

“Alışanovu öldürərdim, heç tikəsi də tapılmazdı”

30.03.2018 15:42:39

Region

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "AzTV” sədri Arif Alışanova 4,6 milyon manat pul “atmaqda” və ona qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçali Cəbiyev, Aqşin Hüseynov və Zöhrab Şirinovun məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə A.Alışanovun vəkilləri təqsirləndirilən Ş.Əkbərova suallar versə də, o, cavablamaqdan imtian edib və Alışanovun məhkəməyə gəlməyəcəyi təqdirdə o barədə danışmayacağını deyib: “Mən Arif Alışanova qarşı sui-qəsd etməmişəm, mütəşəkkil dəstə yaratmamışam, silahlarım da olmayıb. Alışanov gəlsin, mənimlə üzləşsin. Sözünü desin, mən də cavab verim. Mənimlə tutulanların hamısı günahsızdır. Alışanovu öldürmək istəsəydim, başqa adamlar nəyimə lazım idi? Alışanovla görüşdüyüm dağlarda, dərələrdə onu öldürərədim, heç tikəsini də tapan olmazdı. Nə şahid olardı, nə də sübut. Arif Alışanov təkcə Şamaxıda 335 hektar torpaq alb, hamısını sıyahısı var. Mənim onunla münasibətim həmişə normal olub. Amma onun Şamaxıya gətirdiyi qızın ölümündən sonra aramız pozulub".

NUH informasiya agentliyi səhifəsindən çap edilib