Dərc edilib: 30-03-2018

https://www.nuh.az/15411-.html

Mehriban Əliyeva nazirlərlə İçərişəhərdə açılışda - Fotolar

30.03.2018 23:06:35

İdman

Martın 30-da Bakıda, İçərişəhərdə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimi olub.


 AzərTac  xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Mərkəzin binasında yaradılmış şəraitlə tanış olub.

Mərasimdə Birinci vitse-prezident Mehriban Əliyeva, Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyova, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış ediblər.

Qeyd edək ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Daxili işlər naziri Ramil Usubov, Xarici işlər naziri Elmar Məmmədyarov, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da iştirak edib.

 











 

NUH informasiya agentliyi səhifəsindən çap edilib